Rusiyanın Kemerovo vilayətində təyyarə qəzas; - 19 nəfər həlak olub


Rusiyanın Kemerovo vilayətində An-12 təyyarəsi qəzaya uğrayıb və nəticədə göyərtədə olan 19 nəfər həlak olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qəzanın planlaşdırılmış uçuş zamanı baş verdiyini açıqlayıb.

Bildirilib ki, qəzaya ilkin səbəb texniki nasazlıq olub.

Qeyd olunub ki, Rusiya hava kosmik Qüvvələrinin komissiyası qəzanın bütün hallarını müəyyən etmək üçün hadisə yerində işləyir.


MANŞET XƏBƏRLƏRİ