ABŞ-də aviaşirkətlərə, banklara və texnologiya şirkətlərinə təsir edən silsilə texniki nasazlıqlardan sonra ölkənin əsas kəşfiyyat qurumlarından olan Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi rabitə şəbəkəsi – "NSANet"də çökmə baş verib.
Turkustan.az xəbər verir ki, şəbəkədəki irimiqyaslı fasilə kəşfiyyat orqanlarında həyəcan siqnalının verilməsinə, həmçinin əməkdaşların iş qrafikinin dəyişdirilməsinə səbəb olub.
Hazırda agentlik sistemin bərpası istiqamətində işləri davam etdirir. Bu müddət ərzində qurumun Merilend ştatındakı qərargahına yalnız zəruri əməkdaşların girişinə icazə verilir.
Qeyd edək ki, hadisə ölkə üzrə müşahidə olunan genişmiqyaslı sistem kəsintilərinin ardınca baş versə də, problemin kiberhücum nəticəsində yarandığına dair hələlik heç bir sübut aşkarlanmayıb.
Aytən Yaşar/ Turkustan.az