Suriyanın xarici işlər naziri Şeybani ölkəsinin Türkiyəyə səfir təyin etməsi ilə bağlı sualı cavablandırıb.
Turkustan.az xəbər verir ki, Şeybanı bildirib:
"Türkiyə hökuməti ilə danışıqlarımız davam edir. Suriyanın Türkiyədə səfirliyini açmağa yaxınıq. Təbii ki, Türkiyə ilə imtiyazlı münasibətlərimiz olduğu üçün Türkiyədəki missiyamız və səfirliyimiz vacibdir" .
İngiltərədə rəsmi səfərdə olan nazir Şeybani paytaxt Londonda İngiltərənin “Chatham House” beyin mərkəzində keçirilən “Yeni Suriya üçün Xarici Siyasət” adlı sessiyada çıxış edib.
Şeybani çıxışında Suriya ilə ABŞ arasında əlaqələrin çox yaxşı getdiyini və regional təsir göstərəcəyini bildirib. O, həmçinin qeyd edib ki, Suriya prezidenti Əhməd Şaraanın Vaşinqtona səfəri və ABŞ prezidenti Donald Trampla görüşü çox uğurlu olub və bütün mühüm məsələləri əhatə edib.
Aytən Yaşar/ Turkustan.az