“Bu gün tariximizin qürur mənbələrindən biri olan Qut-ül Amarə zəfərinin 110-cu ildönümünü qeyd edirik. Bu zəfər tariximizə şan və şərəflə yazılmış qəhrəmanlıq dastanı kimi milli yaddaşımıza həkk olunub”.
Turkustan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu zəfərin digər tərəfi isə bəzi dairələr tərəfindən yenidən qabardılan “ərəblər bizi arxadan vurdu” yalanını ifşa etməsidir. Ərəb xalqı mühasirəyə dəstək verib və bu uğurda şəhid olub. Ərəblərlə yanaşı, kürd tayfaları da Osmanlı ordusu ilə birgə döyüşüblər. Ərəb tayfaları arasında şiə olanlar da var idi. Bu isə vurğuladığımız türk-kürd-ərəb ittifaqının nə qədər önəmli olduğunu bizə xatırladır.
Regionumuzun keçdiyi çətin dövrdə mənşə, məzhəb və digər fərqlərimizi bir kənara qoyub birlik ruhunu mənimsəmək, qardaşlığı uca tutmaq məcburiyyətindəyik. Bir divarın kərpicləri kimi sıx birləşməliyik. Ətlə dırnaq bir-birindən ayrılmaz, min ildir eyni torpaqlarda birlikdə yaşadığımız qardaşlarımızla aramıza heç kim girə bilməz. Gələcəyə sülh içində sarılmaq mümkünkən, heç kim bizə qarşı düşmən ola bilməz”, - o vurğulayıb./teleqraf