Havalar nə vaxt isinəcək? - Gülşad Məmmədova açıqladı


Aprelin 29-da Bakı və Abşeron yarımadasında yağışlı hava şəraiti müşahidə olunacaq, axşama doğru isə yağıntının tədricən kəsiləcəyi gözlənilir.

Bu barədəModern.az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Bildirilib ki, aprelin 30-da əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılsa da, gündüz saatlarında yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimal olunur.

"Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu aprelin 30-da 15-18 dərəcə isti təşkil edəcək. Bölgələrdə də yaxın iki gün ərzində əksər rayonlarda yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntı, şimşək çaxması və dolu düşməsi ehtimalı var.

Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu aran rayonlarında 17-22, dağlıq ərazilərdə isə 8–13 dərəcə isti olacaq", - deyə o qeyd edib.


MANŞET XƏBƏRLƏRİ