Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyadakı hədəflərə qarşı uzaqmənzilli hücumların artırılacağını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Zelenski sosial şəbəkə paylaşımında bildirib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmilərindən Rusiyadakı hədəflərə uzaqmənzilli silahlarla həyata keçirilən əməliyyatlar barədə məlumat alıb.
Onun sözlərinə görə, Ukrayna qüvvələri artıq 1500 kilometrdən çox məsafədə yerləşən hədəflərə zərbələr endirə bilir və bu imkanların daha da genişləndirilməsi planlaşdırılır.
Zelenski qeyd edib ki, bu hücumlar “Rusiya təcavüzünə cavab” xarakteri daşıyır və məqsəd Rusiya hərbi sənayesinin, logistikasının və neft ixracı infrastrukturunun zəiflədilməsidir.
Aytən Yaşar/ Turkustan.az