İran rialı kağız parçasına çevrilir: NÖVBƏTİ ANTİREKORD


İran rialı cəmi bir gün ərzində öz dəyərinin 7,05%-ni itirərək növbəti antirekorda imza atıb.

Turkustan.az xəbər verir ki, çərşənbə günü açıq bazarlarda İran rialının məzənnəsi 1 ABŞ dolları qarşısında 1 800 000 həddinə çatıb.

Fevral ayında başlayan müharibədən bəri milli valyuta ümumilikdə 30%-ə yaxın dəyər itirib, ölkədə inflyasiya dərəcəsinin isə 70%-ə yaxınlaşdığı təxmin edilir.

Hazırda ölkə iqtisadiyyatı ciddi likvidlik böhranı yaşayır. "Reuters" agentliyinin məlumatına görə, Tehran, İsfahan və Məşhəd küçələrində valyuta dəyişmə məntəqələrinə rast gəlmək demək olar ki, qeyri-mümkündür və nağd dollar tapmaq imkansızlaşıb.

Banklar vəsaitlərin çıxarılmasına sərt məhdudiyyətlər tətbiq edib, "qara bazar"da isə dolların qiyməti bəzi yerlərdə artıq 2 milyon riallıq psixoloji həddi keçib.

Maliyyə analitikləri rialın kəskin süqutunu dəniz blokadası və Hörmüz boğazı vasitəsilə tranzit həcminin azalması fonunda neft gəlirlərinin kəskin ixtisarı ilə əlaqələndirirlər. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ