8 apreldə İranla əldə edilən müvəqqəti atəşkəs razılaşması qüvvədə qalsa da, ABŞ Prezidenti Donald Tramp İrana dair yeni sərt açıqlama verib.
Turkustan.az xəbər verir ki, Tramp “Artıq yaxşı adamlar yoxdur” ifadəsini işlədərək bildirib: “İran işləri yoluna qoya bilmir. Onlar nüvə silahsızlanması sazişini necə imzalayacaqlarını bilmirlər; tezliklə ağıllanmalıdırlar”.
ABŞ Prezidenti açıqlamasında Tehranla bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb və nüvə razılaşmasının imzalanmasında çətinliklər olduğunu qeyd edib.
O, “Truth Social” platformasında etdiyi paylaşımda da oxşar fikirləri təkrarlayaraq İranın qısa zamanda daha ciddi addımlar atmalı olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az