Donald Tramp 2020-ci il seçkilərində saxtakarlıq etdiklərini iddia etdiyi şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Tramp özünün Truth Social adlı sosial media platformasında 2020-ci il prezident seçkiləri zamanı aldadıldığı iddia edilən insanlar haqqında yazı paylaşıb.
“Mən qalib gəldiyim zaman fırıldaq edən bu şəxslər, bu ədalətsizliyin bir daha baş verməməsi üçün uzun həbs cəzaları da daxil olmaqla, qanun çərçivəsində ən yüksək səviyyədə mühakimə olunacaqlar”, - Tramp yazıb.
Bu şəxslərin arasında “vəkillər, donorlar, qeyri-qanuni seçicilər və seçki rəsmiləri” olduğunu qeyd edən Tramp noyabrın 5-də keçiriləcək prezident seçkilərinin ətraflı şəkildə araşdırılacağı mesajını verib.
ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp 2020-ci il seçkilərində 2016-cı illə müqayisədə daha çox səs topladıqlarını, lakin bu saxtakarlıqdan istifadə edildiyini iddia edib.
Eltac Zülfüqaroğlu/Turkustan.az