Ukrayna ordusu Rusiyaya qarşı müharibənin davam etdiyi bir vaxtda kadr böhranını həll etmək üçün aparılan islahatın bir hissəsi olaraq, yeni müddətli müqavilələr təklif edir.
Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorov bildirib.
O qeyd edib ki, mülki şəxslər, səfərbər olunmuş şəxslər, aktiv döyüşçülər və artıq müqavilə əsasında xidmət edən hərbçilər yeni müqavilələr imzalaya bilərlər:
“Cəbhə xəttindəki döyüşçülər üçün 6, 10 və ya 14 aylıq, digər mövqelər üçün isə 24 aylıq müqavilələrlə Ukrayna ordusu, artıq beşinci ilində olan tammiqyaslı Rusiya işğalına qarşı tab gətirmək üçün könüllüləri cəlb etməyə çalışır”.
Müdafiə Nazirliyinin veb saytında dərc edilən məlumatlara görə, qeyri-döyüş şəraitində xidmətlər əvvəllər 20 min qrivna (390 avro) olduğu halda indi 30 min qrivna (təxminən 580 avro) məbləğində olacaq. Cəbhə xəttində döyüşənlər indi 460 min qrivnaya (təxminən 8.840 avro) qədər aylıq maaş ala bilərlər. Hazırda bir ay cəbhə xəttində döyüşən əsgər minimum əmək haqqından əlavə 170 min qrivna (3.300 avro) maaş alır. /bakivaxti.az/