Ukrayna Avropa Birliyinə (AB) qoşulmaq üçün bütün şərtləri yerinə yetirməyə razılıq verib.
Turkustan.az xəbər verir ki, bunu Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Taras Kaçka deyib.
Kaçkanın sözlərinə görə, Ukrayna tərəfi AB üzv dövlətlərinə üzvlük meyarlarına hazırkı vəziyyətdə olduğu kimi, eləcə də üzvlükdən əvvəl baş verəcək hər hansı dəyişiklikləri nəzərə alaraq cavab verəcəyinə zəmanət verib.
Baş nazirin müavini həmçinin rəsmi olaraq Kiyevin aralıq və yekun danışıqlar meyarlarına cavab verməyə razı olduğunu təsdiqləyib. /Axar.az/