ABŞ-ın vitse-prezidenti JD Vens Vaşinqtonun İranla davam edən danışıqlarda üstün mövqeyə malik olduğunu və prosesin uğurlu razılaşma ilə nəticələnəcəyinə inandığını bildirib.
Turkustan.az xəbər verir ki, Vens CNBC-yə müsahibəsində qeyd edib ki, ABŞ üçün ən yaxşı nəticə Amerika xalqının maraqlarına cavab verən razılaşmanın əldə olunmasıdır.
Həftənin sonuna planlaşdırılan görüşlə bağlı danışan vitse-prezident vurğulayıb ki, Vaşinqton danışıqlarda güclü mövqedədir.
“Əgər İran nüvə proqramı ilə bağlı tələb etdiyimiz uzunmüddətli öhdəlikləri qəbul etməsə, onlara hər hansı güzəşt etməyə məcbur deyilik”, – deyə Vens bildirib.
Onun sözlərinə görə, mümkün razılaşmanın əsas elementləri Hörmüz boğazında gəmiçiliyin tam bərpası və İranın nüvə silahı əldə etməyəcəyinə dair uzunmüddətli öhdəlik götürməsidir.
Vens əlavə edib ki, Tehran bu şərtlərə əməl edərsə, ABŞ iqtisadi sanksiyaların və digər məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılmasını nəzərdən keçirə bilər.
Aytən Yaşar/ Turkustan.az