Rus ordusu nə qədər ərazini ələ keçirib? - General


2026-cı ilin hesabatına görə, Rusiya hər bir kvadrat kilometr ərazi üçün 9 mindən çox itki vermək bahasına cəmi təxminən 44 kvadrat kilometr ərazi ələ keçirə bilib.

Turkustan.az xəbər verir ki, bunu avstraliyalı hərbi analitik, istefada olan general-mayor Mik Rayan bildirib.

Analitikin fikrincə, gələcəkdə Rusiya ordusunun vəziyyəti daha da pisləşəcək. Bundan əlavə, səsləndirilən rəqəmlər Rusiyanı dəstəkləyən ölkələrə göstərir ki, Rusiyanın “qaçılmaz qələbəsi” haqqında deyilənlər həqiqəti əks etdirmir.

“Bu, Putinin uduzduğu mühüm informasiya mübarizəsidir. O, Ağ Evin dəstəyini itirir”, – deyə Rayan bildirib.

Bundan başqa, qeyd olunub ki, iqtisadi baxımdan da Rusiya Ukraynanın neft emalı zavodlarına endirdiyi zərbələr səbəbindən ciddi problemlərlə üzləşib:

“Hazırda Rusiyanın 15 müxtəlif regionunda yanacaq satışına məhdudiyyətlər tətbiq olunduğunu görürük. O cümlədən Krımda. Həmçinin iqtisadi artımın əhəmiyyətli dərəcədə yavaşladığını müşahidə edirik. Buna görə də bu müharibədə Rusiya ya yerində sayır, ya da geriləyir”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ