Böyük Britaniyanın Baş naziri Keir Starmer 16 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsinin qadağan olunması ilə bağlı yeni planlar üzərində işlədiklərini və bu məhdudiyyətin gələn ilin əvvəlindən qüvvəyə minməsinin nəzərdə tutulduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, Starmer bu barədə Baş nazirin rəsmi iqamətgahı olan Dauninq-strit 10-da keçirilən mətbuat konfransında danışıb.
Çıxışına ABŞ və İran arasında əldə olunan razılaşmanı alqışlamaqla başlayan Baş nazir bildirib ki, bütün tərəflər bu fürsətdən istifadə edərək regionda sabitliyin möhkəmləndirilməsinə və Hörmüz boğazında naviqasiya azadlığının bərpasına töhfə verməlidirlər.
Onun sözlərinə görə, Hörmüz boğazında sabitliyin təmin olunması qlobal ticarət və enerji bazarları üçün mühüm əhəmiyyət daşıyır və bu, həm dünya iqtisadiyyatına, həm də Böyük Britaniyaya müsbət təsir göstərə bilər.
Aytən Yaşar/ Turkustan.az