Ukrayna ordusu Donetskdə iki kəndi işğaldan azad etdi


Ukrayna ordusu Donetsk bölgəsində irəliləyib.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.

Məlumata görə, Ukrayna Müdafiə Qüvvələri Ternove yaxınlığında irəliləyib və iki kəndi azad edib.

Ukrayna bölmələri Ternovenin şimal-şərqində və şərqində ərazi zolağı boyunca irəliləyib. Mütəxəssislərin fikrincə, bu, Novogeorgiyevka və Berezovo kəndlərinin azad edilməsi ehtimalını göstərir.

Bundan əlavə, Ukrayna qoşunları cənubda yerləşən Novoqriqorovka kəndinin bir hissəsindən rus bölmələrini sıxışdıra bilib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ