Hizbullah: Biz İsrail bölməsini geri çəkilməyə məcbur etdik


Hizbullah atəşkəsi pozaraq Livanın cənubunda irəliləməyə çalışan İsrail bölməsini hədəf aldığını və raket və dronlarla geri çəkilməyə məcbur etdiyini açıqladı.

Turkustan.az xəbər verir ki, Hizbullahın yazılı açıqlamasında bildirilir ki, bu gün saat 18:15-də İsrail ordusuna məxsus bir buldozer və iki Merkava tankından ibarət bir bölmənin Livanın cənubundakı Arnun-Kammaşe bölgəsindən Kefertebnit şəhərinin kənarındakı əl-Maaber bölgəsinə doğru irəlilədiyi aşkar edilib.

Bəyanatda atəşkəsin pozulmasına cavab olaraq Hizbullah elementlərinin bölməni idarə olunan raketlər və "Ababil" tipli kamikaze dronları ilə hədəf aldığı və hücum nəticəsində İsrail qüvvələrinin geri çəkilməyə məcbur olduğu bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ