Tramp açıqladı: İran heç vaxt nüvə silahına sahib olmayacaq!


ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla əldə olunan razılaşma çərçivəsində Tehran administrasiyası heç vaxt nüvə silahına sahib olmamağı öhdəsinə götürüb.

Turkustan.az xəbər verir ki, sosial media hesabında paylaşım edən Tramp, ABŞ-İran razılaşmasının əsas müddətlərindən birinin İranın nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik olduğunu vurğulayıb. O, həmçinin ABŞ-ın İrana 300 milyon dollar ödədiyi barədə iddiaları təkzib edərək, bunu Demokratlar tərəfindən yayılan “saxta xəbər” adlandırıb.

Fransada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, İranın nüvə silahına malik olmaması razılaşmanın əsas məqsədidir. Onun sözlərinə görə, əvvəlki administrasiya dövründə imzalanmış nüvə sazişini ləğv etməsi vacib addım olub.

Tramp qeyd edib ki, həmin saziş İranın nüvə silahına gedən yolunu açırdı və ABŞ-ın maraqlarına uyğun deyildi. O, bu razılaşmanı ölkəsi üçün əlverişsiz və təhlükəli hesab etdiyini bir daha vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ