Ukraynalı futbolçular UEFA qaydalarının tələb etdiyi kimi, matçdan əvvəl türk hakimin əlini sıxmayıblar.
Turkustan.az xəbər verir ki, bu barədə informasiya “Aydınlık” nəşrində yer alıb.
“Səbəb, gülməli deyilsə, mənasızdır. Guya hakim, əvvəllər “Rusiya komandasının oyununu idarə etdi” deyirlər”. Materialın müəllif xatırladır ki, belə bir hərəkətin cəzası var.
Xatırladaq ki, cümə axşamı, avqustun 22-də Slovakiyanın Koşitse futbol arenasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Ukraynanın
“Krivbass” (Krivoy Roq) komandası və İspaniyanın “Real Betis” komandaları qarşılaşıblar. Oyundan əvvəl Ukrayna klubu UEFA-dan türkiyəli hakimləri təyin etməməyi xahiş edib. Bu tələb müsbət cavab almadıqdan sonra ukraynalı futbolçular oyunöncəsi mərasimdə türkiyəli hakim Arda Kardeşlerin əlin sıxmayıb.
“Real Betis”in futbolçuları türkiyəli hakimlə ənənəvi əl sıxışarkən, “Krivbass”lılar ona məhəl qoymayıblar. Püşkatma zamanı Ukrayna klubunun kapitanı hakimlə əl sıxmayaraq üzünü çevirib.
Ukrayna klubunun bu cür davranışına səbəb Arda Kardeşlerin daha əvvəl Moskvada Serbiya ilə yoldaşlıq oyununda Rusiya milli futbol komandasına hakimlik etməsidir.
UEFA-dan başqa hakim tələb edən Ukraynanın “Krivbass” klubu açıqlamasında belə deyib: “Rusiya matçında işləyən hakimin oyunumuzu idarə etməsi klubumuzu azarkeşlər qarşısında nüfuzdan salır, onların arasında Rusiya hücumlarına məruz qalan döyüşçülərimiz də var. Biz Ukrayna Futbol Assosiasiyasına və UEFA Hakimlər Komitəsinə məlumat vermişik ki, sağlam düşüncə qalib gələcək”.
UEFA qaydalarına görə, mərasim zamanı hakimlə əl sıxmamaq cəza üçün əsasdır.
“A Spor” telekanalında çıxış edən keçmiş hakim Mustafa Çulcu “Mərasim qaydalarına əməl etməlisiniz, ancaq UEFA mütləq cəza tətbiq etməlidir” ifadələrini işlədib.
UEFA indiyədək bu məsələyə səssiz qalıb. “Krivbass” komandası öz intizam komitəsi tərəfindən ittiham olunmayıb. Türkiyə Futbol Federasiyası da hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Slovakiyada keçirilən matçda Arda Kardeşlerə Caner Özaral və Mehmet Emin Tuğral kömək edib.
Ukraynalıların UEFA-dan türkiyəli hakimləri dəvət etməmək istəyinə fərqli cavab verilib. UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Avstriyanın “Zalsburq” komandası ilə Ukraynanın “Dinamo Kiyev” komandaları arasında keçiriləcək matçın baş hakimi, lisenziyalı FIFA referisi Xəlil Umut Mehler olacaq.
Görüş bu gün, avqustun 27-də Türkiyə vaxtı ilə saat 22.00-da Zalsburq stadionunda başlayacaq. Mehlerin köməkçiləri Kerem Ersoy, İbrahim Çağlar Uyarcan, matçın ehtiyat hakimi isə Arda Kardeşler olacaq. /konkret.az/