Putin Kurskdakı döyüşlərə koordinator təyin etdi


Rusiya Prezidentinin köməkçisi, general-polkovnik Aleksey Dyumin Vladimir Putinin şəxsi göstərişi ilə Kursk vilayətində Ukrayna qüvvələri ilə döyüşən qüvvələrə koordinator təyin edilib.

Turkustan.az Rusiya KİV-ə istinadla xəbər verir ki, Dyumin ordu qüvvələrinə birbaşa komandanlıq etməyəcək.

Onun vəzifəsi Ukrayna qoşunlarını sərhəd ərazisindən çıxarmaq üçün Rusiya Silahlı Qüvvələri qrupunun hüquq-mühafizə orqanları və regional hakimiyyət orqanları ilə birgə hərəkətlərini koordinasiya etmək olacaq.

O, vəzifəsinin icrasına başlamaq üçün artıq Kursk vilayətinə yollanıb.

Aleksey Dyuminin 2014-cü ilin “Krım yazı”nda Xüsusi Əməliyyat Qüvvələrinə komandanlıq etmək təcrübəsi var. O, həmçinin dəfələrlə prezident kimi Putinin mümkün varisi adlandırılıb. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ