Azərbaycanla sərhəddə konsulluq açmaq istəyən Rusiyanın əsas niyyəti - AÇIQLAMA


“Yaxın vaxtlarda Ermənistanın Qafan şəhərində Baş konsulluğun açılmasını planlaşdırırıq.”

Bunu Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib.

Bu mövzu ilə bağlı politoloq Tural İsmayılov Turkustan.az-a fikirlərini bildirib.

Tural İsmayılov:

Politoloq bildirib ki, “Rusiyanın Ermənistanda konsulluq açmaq niyyətləri bu ölkədə Rusiyanın təsir dairəsinin müəyyən qədər azalmasının nəticəsidir. Bu günün nəzəriylə Ermənistandakı sorosçuların Qərblə həddən artıq əlaqələr qurması və Rusiyanın rəhbərlik etdiyi bir sıra təşkilatlarla Ermənistan arasında məsafələr yaratmağı, nəticədə Ermənistanla Rusiya arasındakı münasibətlərdəki çatları dərinləşdirir. Rusiya Ermənistana təsir imkanlarını daha da genişləndirmək istəyir. Bu baxımdan da Cənubi Qafqazda öz mövcudluğunu artırmaq üçün Rusiya müxtəlif diplomatik nümayəndəliklər və konsulluqlar vasitəsi ilə bunu etmək istəyir. Özəlliklə Qafanda həm İran konsulluğun açılması, həm də eyni zamanda Avropa ittifaqının mümkün müşahidə missiyası adı altında Qərbin müəyyən casus şəbəkələrinin, xüsusən Qafan və digər strateji ərazilərdə fəal olmağı Rusiyanı belə bir addım atmağa məcbur edir.

Yəni Rusiya məhz konsulluqlar vasitəsi ilə Ermənistan ərazilərində müxtəlif dövlətlərin və müxtəlif strukturların mövcudluğunu həm nəzarət altında saxlamağa, həm eyni zamanda Ermənistanda təsir imkanlarını daha da genişləndirməyə, həm də siyasi baxımdan Ermənistan ərazilərində Rusiyanın əleyhinə yaranmış balanssızlığı dəyişməyə çalışır. Baxmayaraq ki, həm iqtisadi baxımdan Rusiyanın Ermənistana təsirləri çoxdur, hələ də Ermənistanda Rusiyanın hərbi bazası var”.

Politoloq əlavə olaraq bildiirb ki, “Rusiya Qafanda konsulluğu açmaqla Azərbaycanla sərhədlərdə öz nəzarətini gücləndirməyə çalışdığını göstərmək istəyir. Hər halda Rusiya-Ermənistan arasında yaranan problemlər fonunda indiki şəraitdə Rusiya Ermənistandakı konsulluqların sayını artırmağa çalışacaq və Qafandan başqa bir neçə şəhərdə ola bilsin konsulluq açmaqla bağlı müraciət edəcək”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ