Husilərin 100 məhbusu azad etmək qərarı


Yəməndə İranın dəstəklədiyi husilər bu gün əllərində olan 100 məhbusu birtərəfli qaydada azad edəcəklərini açıqlayıblar.

Turkustan.az xəbər verir ki, Husilərin Məhbuslarla İş üzrə Mütəxəssisi Abdulkadir əl-Murteza X sosial media hesabında məsələ ilə bağlı açıqlama verib.

Murteza, husilərin lideri Əbdülməlik əl-Hutinin göstərişi ilə bu gün birtərəfli humanitar təşəbbüs göstərəcəklərini və bu çərçivədə ən az 100 məhbusu azad edəcəklərini bildirib.

Yəmən hökuməti husilərin bu təşəbbüsü ilə bağlı hələlik açıqlama verməyib.

Yəmən hökuməti və husilər Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti altında 11 mart 2023-cü ildə İsveçrədə məhbus mübadiləsi danışıqlarına başlayıb.

Danışıqlar nəticəsində tərəflər 2023-cü il martın 20-də 887 nəfərin, o cümlədən 4 jurnalistin və tanınmış siyasi, hərbi və təhlükəsizlik rəsmilərinin qarşılıqlı azadlığa buraxılması barədə razılığa gəliblər.

Yəmən hökumətinin Əsir və Məhbuslar üzrə Danışıqlar Komitəsinin sözçüsü və İnsan Haqları Nazirliyinin müavini Məcid Fədail 19 aprel 2023-cü il tarixli açıqlamasında 3 müddətdir davam edən məhbus mübadiləsi çərçivəsində hər iki tərəfdən təxminən 900 nəfərin azad edildiyini qeyd edib.

Tərəflər 2018-ci ildə İsveçdə keçirilən görüşlərdə 15 mindən çox əsir, məhbus və qaçırılan şəxsin siyahısını təqdim ediblər.

Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ