Cənubi Amerikada Hizbullah böhranı


Çili və Boliviya öz ərazilərində Hizbullahın varlığının aşkar edildiyini iddia edən Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriçə reaksiya verib.

Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriçin Hizbullahın Çili və Boliviyada varlığının təsbit edildiyini söyləməsi bölgədə böhran yaradıb.

Turkustan.az xəbər verir ki, Boliviya hökumətindən verilən açıqlamada Bullriçin Boliviya ərazisində Hizbullahın varlığına dair iddiaları izah etmək üçün Argentinanın La Paz diplomatik nümayəndəsinin Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib. Açıqlamada Bullriçin açıqlamalarının "yanlış və ehtiyatsız" olduğu vurğulanıb və əlavə edilib: "Biz Boliviya sərhədlərində terror, təhlükəsizlik və narahatlıq yayan insanların müdafiəsi ilə bağlı ittihamları qəti şəkildə rədd edirik. Bu ittihamların heç bir əsası yoxdur, sübut və sənədlər yoxdur”.

Çili prezidenti Qabriel Boric də Bullrixin açıqlamalarına reaksiya verib və Javier Milei hökumətinə "etiraz notası" göndərəcəklərini bildirib.

Bullriçdən Hizbullahın Çilidə varlığını göstərən hər hansı bir sənədin olmasını tələb edən Boric, "Əgər konkret dəlil varsa, Xarici İşlər Nazirliyi vasitəsi ilə məhkəmə orqanlarına göndərilsin. Ölkəmizə hörmət edin. Çili nə daxildə, nə də xaricdə heç bir terror qruplaşmasına dəstək vermir”.

Argentinanın təhlükəsizlik naziri Bullrix aprelin 16-da La Nacion saytına verdiyi açıqlamada, İranın İsrailə hava hücumundan sonra “ən həssas yerlərdə” maksimum təhlükəsizlik səviyyəsini artırdıqlarını açıqlayıb.

Boliviyanın İranla anlaşma memorandumunu xatırladan Bullriç, "Boliviya 700 iranlının ölkədə ticarət fəaliyyəti ilə məşğul olmasına icazə verdi. Onlar İran inqilabı üçün kurslar verirlər" dedi.

Milli mətbuatda dərc olunan xəbərlərdə Boliviya tərəfinin Bullriçin Boliviyadakı iranlılarla bağlı sözlərini Hizbullah yaraqlılarına təlim keçməsi kimi qəbul etdiyi üçün reaksiya verdiyi bildirilib. Bullriç, "Hizbullah bu yaxınlarda Argentina, Braziliya və Paraqvay arasında üçlü sərhəddə yerləşən İquiquedə (Çili liman şəhəri) aşkar edilib. Keçən il Sao Pauloda və bir neçə həftə əvvəl Peruda 2 Hizbullah üzvü aşkar edilib. İranın "Biz Venesuelada da müttəfiqimiz var, bir sözlə, həssas vəziyyətdəyik”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ