Vatikan dövlətinin başçısı Papa XIV Leo ağciyərində aşkarlanan kütləyə görə əməliyyat olunub.
Turkustan.az xəbər verir ki, Vatikandan verilən yazılı açıqlamada əməliyyatın uğurla başa çatdığı və histoloji müayinənin ağciyər adenokarsinoması diaqnozunu təsdiqlədiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, əvvəlki müayinələr zamanı şübhələnildiyi kimi, Papada ağciyər xərçəngi aşkarlanıb. Əməliyyat zamanı sağ ağciyərin aşağı payı video dəstəkli cərrahi üsulla çıxarılıb.
“Anadolu” agentliyinin məlumatına görə, Papa əməliyyat otağında təxminən 3 saat qalıb, cərrahi müdaxilənin özü isə 90 dəqiqə davam edib. Əməliyyat uğurla başa çatıb. Papa müdaxilədən sonra normal şəkildə ayılıb və qısa müşahidə müddətinin ardından xəstəxananın 10-cu mərtəbəsindəki palatasına qaytarılıb.
Papa XIV Leo dünən günortadan sonra Gemelli Xəstəxanasına yerləşdirilib. Həmin axşam Vatikan tərəfindən yayılan ilk açıqlamada əməliyyatın uğurlu keçdiyi vurğulanıb.
Aytən Yaşar/Turkustan.az