BMT İnsan Hüquqları Şurasının 2027-2029-cu illər üçün 15 yeni üzvü seçilib.
Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçirilən səsvermə nəticəsində Braziliya, Burundi, Dominikan Respublikası, Almaniya, Qana, İrlandiya, Yaponiya, İordaniya, Küveyt, Nepal, Nigeriya, Moldova, Ukrayna, Uruqvay və Zambiya Şuranın yeni üzvləri olub.
Yeni üzvlərin üçillik səlahiyyət müddəti 2027-ci il yanvarın 1-də başlayacaq və 2029-cu ilin sonunadək davam edəcək.
Aytən Yaşar/Turkustan.az