Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan ölkəsinin Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması prosesinə dair diqqətçəkən bəyanatlarla çıxış edib.
Turkustan.az xəbər verir ki, erməni diplomat rəsmi Bakı ilə artıq sülh mühitinin formalaşdığını və Ankara ilə diplomatik kanallarda böyük irəliləyişlərin əldə olunduğunu bildirib.
Mirzoyan çıxışında deyib: "Bizim Azərbaycanla artıq sülhümüz var, baxmayaraq ki, tam yekunlaşdırmaq üçün hələ bir neçə addım atmaq lazımdır. Eyni zamanda Türkiyə ilə münasibətlərimizi normallaşdırırıq. Hələlik sərhəd bağlıdır, lakin düşünürəm ki, proses artıq kifayət qədər irəliləyib və tamamilə mümkündür ki, sabah səhər yuxudan oyandıqda xəbərlərdə "Ermənistan-Türkiyə sərhədi açıldı" başlığını görək"./Musavat.com