Sənada neft obyektinə hava hücumu: Husilər açıqlama yaydı


Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları paytaxt Sənada yerləşən Yəmən Neft Şirkətinin Sibaha obyektinə hava hücumları həyata keçirildiyini açıqlayıblar.

Turkustan.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, husilərin nəzarətində olan Sənada qanuni hökuməti dəstəkləyən Ərəb Koalisiyasının şəhərə hücum edəcəyini elan etməsindən sonra partlayış səsləri eşidilib.

Husi hərəkatına bağlı “Əl-Məsirə” telekanalı da Yəmən Neft Şirkətinin Sənadakı Sibaha obyektinə hava zərbələri endirildiyini bildirib.

Məlumata görə, hücuma məruz qalan obyekt boş olub və orada neft məhsulları olmayıb. Bildirilib ki, həmin məhsullar əvvəlcədən digər obyektlərə köçürülüb.

Hücum nəticəsində ölənlərin olub-olmadığı və maddi ziyanın dəyib-dəymədiyi barədə hələlik məlumat verilməyib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ