ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazına nəzarət etməsi ilə bağlı iddiaları rədd edib.
Turkustan.az xəbər verir ki, CENTCOM İran İnqilab Keşikçiləri Korpusunun boğaza nəzarət etdiyi və ABŞ Hərbi Dəniz Qüvvələrinə yaxınlaşan döyüş gəmilərini batırmaqla hədələdiyi barədə açıqlamalarla razılaşmayıb.
CENTCOM-un sosial şəbəkə hesabında yayımlanan bəyanatda İran İnqilab Keşikçiləri Korpusunun donanmasının olmadığı iddia edilib.
Bəyanatda bildirilib ki, ABŞ qüvvələri və regional tərəfdaşları Hörmüz boğazına açıq şəkildə nəzarət edir.
Həmçinin qeyd olunub ki, ABŞ qüvvələri bazar ertəsi günü Körfəzdəki tərəfdaşlarına Hörmüz boğazından 19 milyon bareldən çox xam neftin daşınmasına kömək edib.
Aytən Yaşar/Turkustan.az