İddia: Tramp və Netanyahu İrana hücum ehtimalını müzakirə etdilər


ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun İrana yeni hücum ehtimalını müzakirə etdikləri iddia olunur.

Turkustan.az xəbər verir ki, “Axios” nəşri məsələyə yaxın mənbələrə istinadən onların ötən həftə telefon danışığı apardıqlarını yazıb.

Məlumata görə, tərəflər İsraildə oktyabrın 27-də keçiriləcək ümumi seçkilərdən və ABŞ-da noyabrın 3-də baş tutacaq aralıq konqres seçkilərindən əvvəl İrana yeni hücumun başlanması ehtimalını müzakirə ediblər.

Telefon danışığı zamanı Netanyahu İranın nüvə proqramını yenidən qurmaq istiqamətində narahatlıq doğuran addımlar atdığını göstərən kəşfiyyat məlumatlarından narahatlığını ifadə edib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ