ABŞ Rusiyanın sərhədinə çıxdı – Qonşu ölkənin 1800 metr yüksəkliyində yeni məntəqə


Gürcüstanın Rusiya ilə sərhədində ABŞ-nin dəstəyi ilə yeni sərhəd məntəqəsi istifadəyə verilib.

Turkustan.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi ölkənin yüksək dağlıq Raça bölgəsində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən “Mamisoni” sərhəd məntəqəsinin açılışını həyata keçirib.

Məntəqənin tikintisi ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının, ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) və Regional Təhlükəsizlik Ofisinin dəstəyi ilə reallaşdırılıb.

Yeni bina müasir texniki avadanlıqlarla təchiz edilib. Məntəqənin infrastrukturu yüksək dağlıq ərazinin mürəkkəb iqlim şəraiti nəzərə alınmaqla qurulub.

Açılış mərasimində Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili və ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsini icra edən Kortni Ostrian iştirak ediblər./Musavat.com


MANŞET XƏBƏRLƏRİ