Tramp: Gözləyin və görün, İrana nə edəcəyik


ABŞ Prezidenti Donald Tramp Alyaska ştatında keçirilən seçki kampaniyası zamanı İranı yeni zərbələrlə hədələyib.

Turkustan.az xəbər verir ki, Amerika lideri İrana nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini də vurğulayıb.

“Gözləyin və görün, İrana nə edəcəyik. Onlara ciddi problemlər yaradacağıq”, - Tramp deyib.

O qeyd edib ki, İranla müharibə nəticəsində neftin qiymətlərinin artması Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə müqayisədə ödəniləcək kiçik bədəldir.

ABŞ Prezidenti əlavə edib ki, nüvə silahına sahib olmaq İran üçün daha böyük təhlükə yaradacaq: “Əgər real problemlərin nə demək olduğunu görmək istəyirsinizsə, İrana nüvə silahına sahib olmaq imkanı verin. Bu, əsl problem olardı”./teleqraf


MANŞET XƏBƏRLƏRİ