Ukrayna ordusunun Zaporojyaya hücumu nəticəsində 10 nəfər həlak oldu


Ukrayna ordusunun Rusiyanın ilhaq etdiyi Zaporojya vilayətinin Tokmak şəhərinə təşkil etdiyi hücum nəticəsində 10 nəfərin həyatını itirdiyi bildirilib.

Turkustan.az xəbər verir ki, Zaporojye vilayətinin qondarma qubernatoru Yevgeni Balitskiy Telegram kanalında verdiyi açıqlamada Ukrayna ordusunun gecə saatlarında bölgənin Tokmak şəhərinə çoxlüləli reaktiv yaylım atəşi ilə hücum etdiyini bildirib.

Balitski hücum nəticəsində 10 nəfərin öldüyü, 13 nəfərin yaralandığı, 2 nəfərin itkin düşdüyü barədə məlumat paylaşıb.

Hücum nəticəsində 5 evin qismən dağıldığını bildirən Balitskiy hadisə yerində axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işlərinin davam etdiyini bildirib.

Rusiya prezidenti Vladimir Putinin 30 sentyabr 2022-ci ildə imzaladığı fərmanla Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətləri qanunsuz olaraq ilhaq edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ