Rus polkovnik Paşinyanı hədələdi - “Bu o demək olacaq ki...”


Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistana mümkün səfərinin nəticələri ağır olacaq.

Turkustan.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik İqor Korotçenko deyib.

“Zelenskinin Ermənistana səfəri baş tutarsa, bu, Paşinyanın Kreml üçün “erməni Saakaşvili”yə çevrilməsi demək olacaq. Bütün nəticələri ilə bunun bədəlini ödəyəcək”, - ekspert bildirib.

Qeyd edək ki, ötən günlərdə Ukrayna prezidentinin Ermənistana səfər edəcəyi barədə məlumat yayılıb. Hələlik məlumat rəsmən təsdiqini tapmayıb. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ