Silahlanmaya milyardlarla avro xərcləyən Yunanıstanda ordudakı kütləvi istefalar ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib.
Turkustan.az xəbər verir ki, Yunanıstan mətbuatının məlumatına görə, 2026-cı ilin əvvəlindən bəri ölkənin Quru Qoşunlarından 750, Hərbi Dəniz Qüvvələrindən isə 254 nəfər ayrılıb. İqtisadi çətinliklərə baxmayaraq "Türkiyə təhdidi" iddiası ilə İsrail kimi ölkələrdən milyardlarla avroluq silah alan Afina hazırda həmin sistemləri idarə edəcək təcrübəli kadr çatışmazlığı ilə üzləşib.
Yunanıstanın "Militaire" xəbər portalında təqaüddə olan general Tomas Haciatanasyunun dərc etdiyi təhlildə vəziyyətin ciddiliyi vurğulanır. Bildirilir ki, doqquz ay ərzində donanmada qeydə alınan 254 istefa ilə yanaşı, Hərbi Hava Qüvvələri də ciddi kadr itkisi verib.
Xüsusilə Fransada "Rafale" qırıcı təyyarələri üzrə xüsusi təlim keçmiş heyətin və elektron sistem mütəxəssisləri də daxil olmaqla texniki personalın ordudan ayrılması narahatlıq doğurub.
Aytən Yaşar/ Turkustan.az