Ukraynada rəsmi səfərdə olan Macarıstanın Baş naziri Peter Madyar və Ukrayna Prezidenti Volodimir Zelenski məktəblilərlə birgə voleybol oynayıblar.
Turkustan.az xəbər verir ki, dövlət rəsmiləri Transkarpat vilayətinin Berehove şəhərində yerləşən Layoş Koşut (Lajos Kossuth) adına liseydə şagirdlərlə görüşüblər.
Prezident Zelenski sosial media hesabındakı paylaşımında məktəbdə tədrisin macar dilində aparıldığını, şagirdlərin həmçinin ukrayna və ingilis dillərini öyrəndiklərini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az