Şimali Koreya Xarici İşlər Nazirliyi Pxenyandakı İsveçrə diplomatik missiyasının rəhbəri Astier Silvaini nazirliyə çağırıb.
Turkustan.az xəbər verir ki, rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, bu addım İsveçrənin ukraynalı uşaqların məcburi deportasiyası iddialarında adı hallanan "Sonqdovon" Beynəlxalq Uşaq Düşərgəsini sanksiya siyahısına daxil etmək qərarından sonra atılıb.
Nazirlik İsveçrənin qərarına etiraz edərək Silvaindən ötən ay açılan diplomatik nümayəndəliyi bağlamağı və 48 saat ərzində ölkəni tərk etməyi tələb edib. Rəsmi Pxenyan həmçinin isveçrəli diplomatı "persona non qrata" elan edib.
Aytən Yaşar/ Turkustan.az