Hörmüz boğazında gərgin anlar: Neft tankeri minaya düşdü


İran ordusu Hörmüz boğazının şərqində "icazəsiz marşrut"dan istifadə edən neft tankerinin dəniz minasına dəydiyini və gəmidə yanğın baş verdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinin bəyanatında Hörmüz boğazında üzən neft tankerinin dəniz minasına çırpıldığı bildirilir.

Məlumata görə, aşkarlama və naviqasiya sistemlərini söndürən tanker edilən xəbərdarlıqlara məhəl qoymadan Hörmüz boğazının şərqindəki qadağan olunmuş əraziyə daxil olub.

Tankerin təxminən bir saat əvvəl dəniz minası ilə toqquşması nəticəsində baş verən partlayışdan sonra alovlandığı və hərəkətini dayandırdığı qeyd olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ