Almaniyanın Federal Kansleri Fridrix Merts Rusiyanın məqsədlərinin Ukrayna ilə məhdudlaşmadığını bəyan edib və Avropa dövlətlərinin Moskvanın təcavüzkar siyasətinə qarşı qətiyyətlə dayanacağını vurğulayıb.
Turkustan.az xəbər verir ki, "Ukrinform" agentliyinin məlumatına görə, Almaniya hökumətinin başçısı bunu çərşənbə günü Bundestaqda 2027-ci ilin federal büdcə müzakirələri zamanı etdiyi çıxışda bildirib.
"Rusiya nə istədiyini dəqiq bilir və onun hədəfi Ukraynadan daha böyükdür. Bunu anlamayan hər kəs bu dünyanı başa düşmür", - deyə Merts deputatların alqışları altında qeyd edib.
Kansler həmçinin Rusiyanın təkcə Ukraynada deyil, Avropanın müxtəlif bölgələrində də təhlükəsizlik mühitini gərginləşdirən addımlarına diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az