Mülki əhaliyə dron hücumu: 19 ölü, 25 yaralı


Sudanın cənub-şərqində yerləşən Mavi Nil əyalətində Çevik Dəstək Qüvvələri (RSF) tərəfindən həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumları nəticəsində 19 mülki şəxs həlak olub, ən azı 25 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, hücumlar zamanı uşaqlar, qadınlar və yaşlılar hədəfə alınıb.

Sudan İnsan Hüquqları Rəsədxanasının məlumatına görə, zərbələr Əd-Damazin və Rusayris şəhərlərinə endirilib. Bəyanatda bildirilir ki, RSF on minlərlə məcburi köçkünün sığındığı Əd-Damazin şəhərində yaşayış məntəqələrinə və müxtəlif obyektlərə partlayıcı maddə ilə yüklənmiş 30-dan çox dronla hücum edib.

Nəticədə Əd-Damazində 4 ailədən 17 nəfər, Rusayrisdə isə 2 nəfər həyatını itirib. Yaralanan 25-dən çox şəxsin əksəriyyətini uşaqlar təşkil edir.

Rəsədxana yaşayış məntəqələrinə və məcburi köçkün mərkəzlərinə davamlı hücumların yeni köç dalğasına və humanitar böhranın daha da dərinləşməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ