Zorludan təklif: Naxçıvanda keçirək!


Türkiyə Böyük Millət Məclisinin üzvü, türk dövlətləri ilə əlaqələr üzrə məsul şəxs Kürşad Zorlu İğdırda keçirilən Beynəlxalq Qafqaz Konqresində Türk dünyasının strateji nəqliyyat və ticarət layihələri ilə bağlı mühüm fikirlər səsləndirib.

Turkustan.az xəbər verir ki, bu barədə Feysbukda “Milliyyətçi Media” (Milliyetçi Medya) səhifəsi paylaşım edib.

K.Zorlu qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər regional sərhədləri aşaraq geostrateji və geoiqtisadi xarakter alıb:

“Bundan başqa, tarixi İpək Yolunu canlandırmağı hədəfləyən Orta Dəhliz Türk dünyasında ticarət, nəqliyyat və enerji əlaqələrini gücləndirəcək.

- Çin ilə Avropa arasında dəniz yolu ilə 45 gün davam edən daşımaları Orta Dəhlizlə dəmir yolu ilə 18 günə endirmək mümkün olacaq,

- Qars-İğdır-Dilucu-Naxçıvan dəmir yolu xəttinin tamamlanması ilə İğdır Zəngəzur dəhlizi vasitəsilə regional nəqliyyat şəbəkələrinə inteqrasiya olunacaq”.

K.Zorlu açıqlamasında İraqdakı "İnkişaf Yolu" layihəsi ilə Orta Dəhlizin bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməsini təklif edib.

Bu strateji layihələrin uğuru üçün Qafqazda davamlı sülhün vacibliyini vurğulayan Zorlu növbəti Beynəlxalq Qafqaz Konqresinin Naxçıvanda keçirilməsini də təklif edib./Axar.az


MANŞET XƏBƏRLƏRİ