Pezeşkian əsəbiləşdi, çıxışı yarımçıq qaldı - VİDEO


Bu gün Məşhəd şəhərindəki Firdovsi Universitetində İran Prezidenti Məsud Pezeşkianın tələbələr qarşısında çıxışı yarımçıq qalıb.

Turkustan.az Vista-ya istinadla xəbər verir ki, Xorasan-e Rəzəvi əyalətinə səfəri çərçivəsində keçirilən görüşdə bir tələbə qız etiraz bəyənatı səsləndirib.

"İstəmirəm! Oturun, xanım, çox rica edirəm!" - deyə Pezeşkian əsəbiləşib.

Tələbənin təkrar etirazından sonra görüşün atmosferi gərginləşib və Pezeşkian çıxışını yarımçıq qoyub.

/Yeni Sabah/


MANŞET XƏBƏRLƏRİ