Tramp: “İranla müharibəni istədiyimiz vaxt bitirə bilərik”


ABŞ prezidenti Donald Tramp noyabrın 3-də keçirilən aralıq seçkilərində ölkənin ilk müsəlman senatoru seçilən Misir əsilli Əbdül əl-Səyidlə təklif etdiyi “Trumpcare” səhiyyə planını müzakirə etmək üçün görüşəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp həmçinin İranla müharibəni istənilən vaxt başa çatdıra biləcəklərini deyib və ara seçkilərdə Konqresdə çoxluq qazanan Demokratların bu üstünlüyü itirəcəklərini iddia edib.

ABŞ prezidenti “The New York Post” qəzetinə müsahibəsində gündəmdəki məsələlərlə bağlı fikirlərini bölüşüb.

Tramp 2027-ci ilin yanvarından etibarən Demokratların Konqresdə çoxluğa sahib olmasının İranla bağlı hərbi seçimləri məhdudlaşdıra biləcəyinə işarə edib.

“Onlar əldə etdikləri qazancı itkiyə çevirəcəklər”, – deyə o bildirib.

ABŞ prezidenti İrandan kompensasiya tələb etdiyini də vurğulayıb.

Tramp 2027-ci ilin yanvar ayının sonunadək İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsi üçün vəsaitin mövcud olduğunu qeyd edərək, “Bu müharibəni istədiyimiz zaman bitirə bilərik”, – deyə əlavə edib.

Aytən Yaşar/ Turkustan,az


MANŞET XƏBƏRLƏRİ