Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin Antalya şəhərində İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Turkustan.az xəbər verir ki, bu barədə baş nazir özünün Feysbuk səhifəsində bildirib.
Baş nazirin mətbuat katibi Melanya Arutyunyanın məlumatına görə, Paşinyan Antalyada COP31 çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb.
Danışıqların detalları açıqlanmayıb.
Qeyd edək ki, Nikol Paşinyan Antalyada COP31 çərçivəsində keçirilən Liderlər Sammitində iştirak edib. /axar.az/