ABŞ-da noyabrın 3-də keçirilən ara seçkilərdə ölkə tarixində ilk müsəlman senator seçilən Misir əsilli Əbdül əl-Sayed müdafiə naziri Pit Heqseti İranla müharibəni uğursuz idarə etməkdə ittiham edərək istefaya çağırıb.
Turkustan.az xəbər verir ki, CNN-ə müsahibə verən Sayed Heqsetin hər gün yeni bir “mədəniyyət müharibəsi” başlatmaqdan danışdığını, eyni zamanda qanunsuz müharibə apardığını iddia edib.
O, müdafiə nazirinin tutduğu vəzifəyə uyğun olmadığını bildirərək istefasını tələb edib.
“Özünüzü Pit Heqsetin yerində təsəvvür edə bilərsinizmi? Niyə hələ də bu vəzifədəsiniz? Bu işi çox pis görürsünüz. Məsuliyyətlərinizi yerinə yetirə bilmirsiniz. İranla müharibəni uğursuz idarə etdiniz və heç kim nə etməyə çalışdığınızı başa düşmür”, – deyə, Sayed bildirib.
Aytən Yaşar/Turkustan.az