Türkiyə və İraq razılaşdı: PKK-ya qarşı...


Türkiyə və İraq Sincarda dövlət hakimiyyətinin yaradılması və PKK-nın mövcudluğuna son qoyulması barədə razılığa gəliblər.

Turkustan.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki ölkə prosesi izləmək üçün Birgə Təhlükəsizlik Koordinasiya Komitəsinin fəaliyyətinin bərpasına qərar veriblər.

Bildirilib ki, rəhbərlik səviyyəsində əldə edilən razılığa uyğun olaraq, Başika-Zilikan bazasının tədricən İraq Federal Hökumətinə təhvil verilməsi istiqamətində lazımi addımları atmağa başlayacaq. /axar.az/


MANŞET XƏBƏRLƏRİ