Vens: Tramp İranla müharibənin uzanmasına imkan verməyəcək


Vensin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İranla müharibənin “sonsuz müharibə”yə çevrilməsinə imkan verməyəcək.

Turkustan.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Vens Vaşinqtonun İranla uzunmüddətli müharibə aparmaq niyyətində olmadığını bildirərək, Trampın qarşıya qoyduğu məqsədlərə çatacağına əminliyini ifadə edib.

Fox News-a müsahibəsində Vens İranla müharibə məsələsində Trampa etibar etdiyini deyib.

“Üzərində işləməli olduğumuz daha çox məsələ var. Ancaq deyə bilərəm ki, başqa bir ‘sonsuz müharibə’dən narahatsınızsa, Donald Tramp bunun baş verməsinə heç vaxt imkan verməyəcək”, – Vens bildirib.

O, ABŞ-ın 47 ildir İranla münasibətlərdə çətinliklər yaşadığını vurğulayaraq, Trampın bu qarşıdurmanın uzunmüddətli müharibəyə çevrilməsinə yol verməyəcəyini söyləyib.

Bu arada, Qətər rəsmilərinin vasitəçilik səyləri çərçivəsində İrana səfər etdiyi iddia olunur.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ