Papa XIV Leonun ağciyərindən əməliyyat zamanı çıxarılan kütlənin müayinəsinin nəticələrinə əsasən, ona əlavə onkoloji müalicə lazım olmayacaq.
Turkustan.az xəbər verir ki, Vatikan Mətbuat Ofisinin yaydığı açıqlamada patoloji və molekulyar testlərin nəticələrinin şişin ağciyər adenokarsinoması olduğunu və xəstəliyin məhdud bir sahədə yerləşdiyini təsdiqlədiyi bildirilib.
Oktyabrın 13-də Romadakı Gemelli Xəstəxanasında ağciyər əməliyyatı keçirən Papa XIV Leo oktyabrın 17-də xəstəxanadan buraxılıb. Əməliyyat zamanı götürülən toxumanın müayinəsi və sonrakı onkoloji qiymətləndirmə nəticəsində əlavə müalicəyə ehtiyac olmadığı müəyyən edilib.
Vatikanın açıqlamasında şişin ağciyərin məhdud bir sahəsi ilə məhdudlaşdığı vurğulanıb.
Papa XIV Leo dünən əməliyyatdan sonra ilk dəfə ümumi auditoriya çərçivəsində Müqəddəs Pyotr meydanında dindarlarla görüşüb.
Aytən Yaşar/Turkustan.az