Çinin Tibet Muxtar Bölgəsində baş verən 7 bal gücündə zəlzələ nəticəsində ilkin məlumatlara görə, azı 16 nəfər həyatını itirib, 32 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, zəlzələnin episentri Tibet Muxtar Bölgəsinin Nakçu prefekturasının Baçen qraflığında qeydə alınıb.
Zəlzələ nəticəsində 300-dən çox ev dağılıb. Yaralılardan 11-nin vəziyyətinin ağır olduğu, 21 nəfərin isə yüngül xəsarətlərlə xəstəxanalara yerləşdirildiyi bildirilir.
Fəlakət bölgəsinə 300 polis əməkdaşı, eləcə də 347 yanğınsöndürən və xilasetmə işçisi göndərilib. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Ölənlərin sayının artacağı ehtimalı var.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ Nakçu prefekturasından 183 kilometr şimal-şərqdə baş verib. Yeraltı təkanların ocağı təxminən 10 kilometr dərinlikdə yerləşib.
Aytən Yaşar/Turkustan.az