Hakan Fidan İstanbulda 7 ölkənin XİN başçılarını bir araya gətirəcək


Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün İstanbulda R4 və R4+E3 formatlarında xarici işlər nazirlərinin görüşlərinə ev sahibliyi edəcək.

Turkustan.az xəbər verir ki, görüşlərdə Türkiyə, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Almaniya, Böyük Britaniya və Fransanın nümayəndələri iştirak edəcəklər.

Xarici İşlər Nazirliyinin mənbələrindən əldə edilən məlumata görə, R4 formatına Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı, R4+E3 formatına isə bu ölkələrlə yanaşı Almaniya, Böyük Britaniya və Fransa daxildir.

Görüşlərdə Almaniyanın xarici işlər naziri Yohann Devid Vadeful, Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband, Fransanın xarici işlər naziri Jan-Noel Barro, Misirin xarici işlər naziri Bədr Əbdüləti, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan iştirak edəcəklər.

Bu görüş yeddi ölkənin xarici işlər nazirlərinin Türkiyədə ilk dəfə bir araya gəlməsi baxımından əhəmiyyət daşıyır.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ