Ağ Ev Ukrayna Silahlı Qüvvələrinə "Starshield" sisteminə çıxış imkanı verməyib, lakin "Starlink"in Ukraynadakı fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərdə onun heç bir rolu olmayıb.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
“Ukrayna Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək məqsədilə "Starlink"in hərbi təyinatlı versiyası olan "Starshield" sisteminə çıxış istəyib.
Lakin hazırkı məqamda belə bir çıxış imkanı verilməyib. Məsələ hazırda müzakirə olunur. ABŞ administrasiyasının “Starlink”in Ukraynadakı fəaliyyətinə qoyulan məhdudiyyətlərlə heç bir əlaqəsi yoxdur. “Starlink" xidmətinin sürəti artıq bərpa olunub”, - o bildirib./axar.az