NATO: Rusiya Ukraynaya dəstəyimizi sarsıda bilməyəcək


NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqonenin rəhbərlik etdiyi nümayəndə heyəti Kiyevə səfər edib.

Turkustan.az xəbər verir ki, səfər çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərliyi ilə cəbhədəki vəziyyət və Ukraynaya əlavə dəstək imkanları müzakirə olunub.

Kavo Draqone Kiyevdən yayımladığı videomüraciətdə səfərin NATO Hərbi Komitəsinin səkkiz ildən sonra Ukraynaya ilk rəsmi səfəri olduğunu bildirib. O, səfərin Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixaylo Drapataya verdiyi vədin yerinə yetirilməsi olduğunu qeyd edib.

Admiral NATO ilə Ukrayna arasındakı əlaqələrin daha da gücləndiyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi və NATO ölkələrinə qarşı hibrid təhdidlər fonunda Alyans Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edir.

Nümayəndə heyətinə NATO-nun 32 üzv ölkəsinin hərbi nümayəndələri daxil olub. Onlar Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyindən cəbhədəki vəziyyətlə bağlı son məlumatları dinləyib və Kiyevə əlavə dəstək imkanlarını müzakirə ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ